Fil Foden Ueyn Runinin rekordunu təkrarlayıb
“Mançester Siti”nin futbolçusu Fil Foden komandanın sabiq oyunçusu Ueyn Runinin rekordunu təkrarlayıb.

Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

İyirmi bir yaşlı hücumçu buna Çempionlar Liqasının yarımfinal mərhələsində "Real "a qalib gəldikləri matçda fərqlənməklə nail olub. O, turnirdə 9-cu qoluna imza atıb. Forvard 21 yaşında bu göstəriciyə çatmaqla Ueyn Runinin rekordunu təkrarlayıb. O, bunu bacaran ikinci ingiltərəli oyunçu olub.

Qeyd edək ki, “Real” və “Mançester Siti” arasındakı cavab görüşü mayın 4-də Madriddə olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 311 dəfə oxundu.