Xəzər rayonunda “Coca-Cola məktəbli kuboku” yarışına yekun vurulub
Xəzər Rayon İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 237 nömrəli məktəbin bazasında Xəzər rayon məktəbliləri arasında "Coca-Cola Məktəbli Kuboku" turnirinın final oyunu keçirilib.

Final oyununda İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbin komandası 117 nömrəli tam orta məktəbin komandasına qalib gələrək turnirin qalibi adını qazanıb.

Qalib komanda Bakı şəhər mərhələsinə vəsiqə qazanaraq Xəzər rayonunu təmsil etmək hüququ əldə edib. Həmçinin AFFA tərəfindən qiymətli hədiyyələr və Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom təqdim olunub.

Xəbər 247 dəfə oxundu.