Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Bu raundun ikinci matçında İngiltərənin “Liverpul” klubu İspaniyanın “Vilyarreal” komandasını qəbul edəcək. “Enfild” stadionundakı görüşü polşalı Şimon Marçinyak idarə edəcək. Laysmanlar Pavel Sokolnitski və Tomaş Listkeviç, dördüncü hakim isə sloveniyalı Slavko Vinçiç olacaq.

Qarşılaşma öncəsi meydan sahiblərinin heyətində itki yoxdur. Qonaqlardan isə Alberto Moreno və Yeremi Pino zədə səbəbindən meydana çıxmayacaqlar.

Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.


Xəbər 275 dəfə oxundu.