Şəhriyar Məmmədyarov "Oslo Esports Cup" turnirində növbəti görüşünü keçirəcək
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Oslo Esports Cup" turnirində növbəti görüşünü keçirəcək.

Sahmatçımız 6-cı turda Niderland təmsilçisi Yorden Van Forestlə qarşılaşacaq.

Qeyd edək ki, Ş.Məmmədyarov ötən turda bu ölkənin digər şahmatçısı Aniş Giriyə qalib gəlib. Təmsilçimiz hazırda 6 xalla 8 şahmatçı arasında 6-7-ci pillələri bölüşür.

Qeyd edək ki, turnirin mükafat fondu 210 min ABŞ dolları təşkil edir.

Xəbər 248 dəfə oxundu.