“Qarabağ” gürcüstanlı qapıçı Luka Quqeşaşvilini heyətdə saxlamaq niyyətindədir
“Qarabağ” klubu gürcüstanlı qapıçı Luka Quqeşaşvilini heyətdə saxlamaq niyyətindədir.

Hazırda icarə əsasında Ağdam təmsilçisində oynayan qolkiperə üçillik yeni müqavilə təklif olunub.

İyirmi üç yaşlı futbolçunun transfer hüququnun əldə edilməsi üçün Polşanın “Yagelloniya” klubu ilə də danışıqlara başlanıb.

Qeyd edək ki, Luka Quqeşaşvili qış fasiləsində “Qarabağ”a transfer olunub.

Xəbər 271 dəfə oxundu.