“Qəbələ” komandası “Qarabağ” ilə matça itkilərlə hazırlaşır
“Qəbələ” komandası “Qarabağ”la ölkə kubok oyununun hazırlığını davam etdirir.

Klubun üç futbolçusu hazırlıqda iştirak etmir. Omar Hani müalicəsini davam etdirir. Fernan Lopes artıq komanda ilə məşqlərə qatılıb. Yaovi Akakpo və Gülağa Əsədov proqram üzrə bərpa prosesini davam etdirirlər.

“Qəbələ” Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq. Qarşılaşma aprelin 29-da saat 17:30-da start götürəcək.

İlk matçda “Qarabağ” komandası 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 258 dəfə oxundu.