Futbolçumuzun komandası Polşa çempionatında növbəti qələbəsini qazanıb
Futbol üzrə Polşa çempionatında 30-cu turun oyunları keçirilib.

Millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə Krakov "Visla"sı ilə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.

A.Krivotsyuk sarı vərəqə limiti səbəbindən cəzalı duruma düşdüyü üçün sözügedən görüşdə iştirak etməyib.

Qeyd edək ki, “Visla” 30 turdan sonra 45 xalla 18 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər 254 dəfə oxundu.