Yasamal rayonunda “Coca-Cola məktəbli kuboku” yarışına yekun vurulub
AFFA tərəfindən təşkil olunan “Coca-Cola məktəbli kuboku” yarışının Yasamal rayonu üzrə final oyunu keçirilib.

Final qarşılaşmasında 13 nömrəli tam orta məktəbinin komandası ilə 21 nömrəli tam orta məktəbin kollektivi qarşılaşıb.

Rəqibini 3:2 hesabı ilə məğlub edən 13 nömrəli orta məktəbin komandası Yasamal rayonu üzrə turnirin qalibi olub.

Xəbər 263 dəfə oxundu.