“Qəbələ”nin futbolçusu Omar Hani karyerasını İndoneziyada davam etdirə bilər
“Qəbələ”nin futbolçusu Omar Hani karyerasını İndoneziyada davam etdirə bilər.

“Persiya Cakarta” 22 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Liqa 1 təmsilçisinə yeni baş məşqçi təyin olunan Tomas Doll komandanın heyətini yeni legionerlərlə gücləndirmək istəyir. Onların arasında İordaniya millisinin üzvü Omar Hani də var.

O.Hani T.Doll üçün yeni oyunçu deyil. Onlar 2018-2019-cu il mövsümündə Kiprin APOEL (Nikosiya) klubunda birlikdə çalışıblar.

O.Haninin "Qəbələ" ilə müqaviləsi iyunda başa çatır. O, klubla müqaviləni yeniləməsə, "Persiya Cakarta" oyunçunu pulsuz ala bilər.

Xəbər 258 dəfə oxundu.