Mövlud Mirəliyev: Cüdoçuların səhhətləri normaldır, özlərini yaxşı hiss edirlər
Aprelin 25-də Göygöl Olimpiya İdman Kompleksində bir qrup gənc cüdoçunun zəhərlənməsi ilə barədə yayılan xəbərlə bağlı kompleksin direktoru Mövlud Mirəliyev münasibət bildirib.

M.Mirəliyev deyib: “Dünən gənc idmançılar məşqdən sonra soyuq su içdikləri üçün mədələrində yüngül narahatlıq hiss ediblər. Onlar müayinə üçün xəstəxanaya aparılıblar və cəmi 2 saat ərzində müayinə olunduqdan sonra kompleksə geri qayıdıblar. Həmin idmançıların səhhətləri normaldır, özlərini yaxşı hiss edirlər hazırda məşqlərinə davam edirlər. Buna baxmayaraq, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib. Nəticəsi barədə əlavə informasiya veriləcək”.

Xəbər 292 dəfə oxundu.