“Qarabağ”ın qanalı forvardı Ovusu Kvabena mövsümün sonunda komandaya qayıtmayacaq
“Qarabağ”ın qanalı forvardı Ovusu Kvabena mövsümün sonunda komandaya qayıtmayacaq.

Onun Türkiyə birinci liqasında çıxış edən “Ankaragücü” klubunda icarə müqaviləsi mayda başa çatsa da, qanalı Türkiyə paytaxtında qala bilər. “Ankaragücü” rəhbərliyi futbolçunun xidmətindən razıdır və komanda Super Liqaya vəsiqə qazanacağı halda onunla müqaviləni artırmaq fikrindədir.

Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən Kvabena qış fasiləsində “Ankaragücü” klubuna icarəyə verilib.

Xəbər 305 dəfə oxundu.