Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Gecənin yeganə matçında İspaniyanın "Real Madrid" klubu İngiltərədə turnirin son finalçısı "Mançester Siti"nin qonağı olacaq. "Etihad" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oyunu rumıniyalı referi İştvan Kovaç idarə edəcək. Ona yan xətt hakimləri Vasile Florin Marinesku və Ovidiu Artene köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şerer yerinə yetirəcək.

Mançester təmsilçisində Joau Kanselu cəzalı olduğu üçün oynaya bilməyəcək. Kayl Uoker və Con Stounzun isə meydana çıxmaları sual altındadır. "Kral klubu"nda Eden Azar, Luka Yoviç və Mariano Dias zədə səbəbindən matçı buraxacaq. David Alaba və Kazemironun isə bu görüşdə iştirak edib-etməyəcəyi dəqiq bilinmir.

Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşü aprelin 27-də "Livepul" (İngiltərə) və "Vilyarreal" (İspaniya) komandalar arasında oynanılacaq.

Xəbər 255 dəfə oxundu.