Azərbaycan futbolçusu Şakir Seyidov Latviya çempionatında debüt edib
Şakir Seyidov “Dauqavpils”in heyətində debüt edib.

Yarımmüdafiəçi Latviya çempionatının 8-ci turu çərçivəsində baş tutan “Metta” ilə oyunun iştirakçısı olub.

U-21 yığmamızın üzvü qarşılaşmanın 77-ci dəqiqəsində meydana çıxıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ş.Seyidov “Sabah”a məxusdur və icarə əsasında “Dauqavpils”də çıxış edir. “Dauqavpils” 8 turdan sonra 12 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər 259 dəfə oxundu.