“Monako”nun yarımmüdafiəçisi Sesk Fabreqas mövsümün sonunda karyerasını başa vuracaq
“Monako”nun yarımmüdafiəçisi Sesk Fabreqas mövsümün sonunda karyerasını başa vuracaq.

“Get French Football News” məlumat yayıb.

Otuz dörd yaşlı ispaniyalı yarımmüdafiəçi “Monako”nun ikinci komandası ilə oyunda zədələnib və çox güman ki, bu mövsüm meydanda görünməyəcək.

Onun “Monako” ilə müqaviləsi yayda başa çatır. Fransa klubu Fabreqasla yeni müqavilə imzalamayacaq. Futbolçunun mövsümün sonunda karyerasını bitirəcəyi bildirilir.

Fabreqas 2019-cu ildən “Monako”da çıxış edir.

Xəbər 260 dəfə oxundu.