Tələbələr arasında minifutbol üzrə çempionatın yarımfinalçıları müəyyənləşib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol üzrə çempionatın növbəti görüşləri keçirilib.

Oyunların nəticələrinə əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Yarımfinal oyunları aprelin 30-da, final görüşü isə mayın 7-də keçiriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və “Azfar Qroup” QSC-nin dəstəyi ilə keçirilən çempionatın məqsədi Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, müstəqil Azərbaycanın dövlət quruculuğunda Ümummilli Liderin irsinin təbliği, idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsidir.

Xəbər 246 dəfə oxundu.