“Sabah” klubu tarixinin iki rekorduna imza atıb
“Sabah” klubu tarixinin iki rekorduna imza atıb. Paytaxt klubu Premyer Liqada ən böyük hesablı qələbəsini qazanıb, həmçinin özünün ən yüksək məhsuldarlığını nümayiş etdirib. Bu, XXIV turun “Şamaxı” ilə ev görüşündə gerçəkləşib.

5:1 hesabı ilə qalib gələn Bakı təmsilçisi indiyədək heç vaxt 3-dən çox qol vurmamışdı. On iki qarşılaşmada üç top vuran və bunların altısında 3:0 hesabı ilə qalib gələn “Sabah” həm ilk dəfə 4 top fərqi ilə qalib gəlib, həm də ilk dəfə 4 və ya daha çox – 5 qol vurub.

Bu, klub tarixinin Premyer Liqadakı yubiley – 100-cü matçında qeydə alınıb. “Sabah” bu oyunlarda 30-cu qələbəsini qazanıb. Zurab Oçiqava komandasının ikinci qoluna imza atmaqla Bakı təmsilçisinin Premyer Liqadakı 100-cü qolunu vurub. Bu, 50-ci ev matçındakı 15-ci qələbə kimi tarixə düşüb.

Xəbər 254 dəfə oxundu.