“Həmin meydanı yaxşi tanıyıram”
“Düzünü desəm, mənim üçün çətindir, çünki bir aydır komandadan kənar qalmışdım. İndi artıq məşqlərə başlamışam. Əlimdən gələni edirəm ki, tezlikə forma yığım”. İdman.comt.az saytının məlumatına görə, bunu “Bakı”nın futbolçusu Əziz Quliyev deyib. Zədəsini sağaldan Quliyev məşqlərə başlayıb. O klubunun rəsmi saytına açıqlamasında bildirib ki, hazırlığa uğurla davam etsə, Premyer Liqanın növbəti tutunda “Turan”la oyunda komandama kömək edəcək:

“Tovuzlular oyundan sonra isə bizi Lənkəranda çətin oyun gözləyir. Deyirlər ki, oyun Yevlaxda keçiriləcək. Mənim üçün daha rahat olmalıdı, çünki mən uzun müddət “Karvan”ın heyətində oynamışam və həmin meydanı yaxşi “tanıyıram”.

Əziz, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin İsraillə oyununa da münasibət bildirib: “Əlbəttə ki, mən Azərbaycan millisinə azarkeşlik edəcəm. Bunun üçün ikiqat stimul var, çünki millinin heyətinə komanda yoldaşlarım Elvin və Aqil Məmmədovlar da çağırılıb. Yenidənqurmadan sonra böyük həvəslə Tofiq Bəhramov adına stadiona gedib, oyunu canlı izləyəcəyəm”.

Xəbər 941 dəfə oxundu.