Məşhur idmançılar tanınmış idman jurnalistləri ilə görüşəcəklər
Aprelin 18-də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı tədbir keçirəcək.

Tədbirdə məhşur idmançıların iştirakı ilə Şuşada çəkilmiş eyni adlı videoçarxın təqdimatı olacaq.

Tədbirin keçirilməsində məqsəd ədalətli idman və ölkəmizin ləyaqətlə təmsil edilməsi prinsiplərinin geniş təbliğidir. Bu məqsədlə məşhur idmançılar və tanınmış idman jurnalistlərinin müzakirələri təşkil ediləcək.

Xəbər 188 dəfə oxundu.