Səbail rayonunda “Coca-Cola məktəbli kuboku” yarışına yekun vurulub
AFFA tərəfindən təşkil olunan futbol üzrə “Coca-Cola məktəbli kuboku” yarışının Səbail rayon üzrə final oyunu keçirilib.

Final qarşılaşmasında 160 nömrəli tam orta məktəbinin komandası ilə 6 nömrəli tam orta məktəbin şagirdləri qarşılaşıb.

Rəqibini 7:2 hesabı ilə məğlub edən 6 nömrəli tam orta məktəbin komandası Səbail rayon üzrə turnirin qalibi olub.

Xəbər 225 dəfə oxundu.