Daşkənddə keçirilən Dünya Kuboku uğrunda bədii gimnastika yarışlarında Azərbaycan idmançıları da iştirak edir
Daşkənddə Dünya Kuboku uğrunda bədii gimnastika yarışlarının növbəti mərhələsinə start verilib.

Turnirdə Özbəkistandan başqa Amerika Birləşmiş Ştatları, Almaniya, Avstraliya, Bolqarıstan, Böyük Britaniya, Kolumbiya, İtaliya, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Latviya, Yeni Zelandiya və digər ölkələrin idmançıları iştirak edir.

Azərbaycandan yarışlara altı idmançı qatılıb. Turnir aprelin 18-də başa çatacaq.

Xəbər 245 dəfə oxundu.