Azərbaycanda ilk dəfə şaquli qaçış yarışı təşkil olunacaq
Aprelin 17-də Azərbaycanda ilk dəfə şaquli qaçış yarışı təşkil olunacaq.

Turnir “Çinar Plaza”da ATF-nin və “Triterra” klubunun təşkilatçılığı ilə keçiriləcək.

Turnir iştirakçıları 32 mərtəbə üzrə 660 pilləkənlə 122 metr yüksəkliyə qalxaraq yarışacaqlar.

Məlumatda bildirilib ki, şaquli qaçış hündür tikililərdə, adətən göydələnlərin daxili pilləkənlərində olur.

Qeyd edək ki, belə yarışlar tez-tez “Taipei 101” (Taypey), “Menara Tower” (Kuala Lumpur), “Willis Tower” (Çikaqo), “CN Tower” (Toronto), “Eyfel Qülləsi” (Paris), “Evrika Qülləsi” (Melburn), “Swissotel” (Sinqapur), “Tower 42” (London), “Empire State Building” (Nyu-York) də daxil olmaqla, dünyanın ən hündür göydələnlərində və qurğularında keçirilir.

Xəbər 209 dəfə oxundu.