“Səbail” klubu Aftandil Hacıyevin rəhbərliyi altında 100-cü çempionat matçını keçirib
“Səbail” klubu Aftandil Hacıyevin rəhbərliyi altında 100-cü çempionat matçını keçirib. Bu yubiley Premyer Liqanın XXIV turuna təsadüf edib
“Neftçi” ilə ev matçı A.Hacıyev üçün 100-cü sınaq olub.

2018-ci ilin yayından Bakı təmsilçisini çalışdıran mütəxəssisin yetirmələri 4 mövsüm ərzində 26 qələbə qazanıblar. “Səbail” A.Hacıyevin rəhbərliyi altında 21 heç-heçə edib və 53 dəfə uduzub.

Qeyd edək ki, bu matçda “Səbail” 0:1 hesabı ilə məğlub olub.

Xəbər 248 dəfə oxundu.