Azərbaycan Şahmat Federasiyasında Sloveniyada şəxsi Avropa çempionatında yüksək nəticə göstərən şahmatçılarla görüş keçirilib
Azərbaycan Şahmat Federasiyasında (AŞF) Sloveniyada şəxsi Avropa çempionatında yüksək nəticə göstərən şahmatçılarla görüş keçirilib.

Görüşdə qitə birinciliyinin yekun nəticələrinə əsasən, 3-8-ci yerləri bölüşən Vasif Durarbəyli, 9-11-ci yerləri tutan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov, ilk qrosmeyster balını toplayan Read Səmədov, qadınlar arasında qrosmeyster üzrə son normanı yerinə yetirən Gövhər Beydullayeva iştirak ediblər.

Görüşdə iştirak edən AŞF-nin prezidenti Mahir Məmmədov şahmatçıların nəticələrini yüksək qiymətləndirib, Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynovu 2023-cü ildə keçiriləcək dünya kubokuna vəsiqə qazanmaları münasibətilə təbrik edib. M.Məmmədov Abdulla Qədimbəylinin yarışda uzun müddət lider mövqeyində qərarlaşdığını xatırladaraq, onun Çexiya şahmatçısı David Navara üzərində qələbəsini xüsusi vurğulayıb. Federasiya rəhbəri qadın şahmatçılardan ibarət yığmanın üzvü Gövhər Beydullayevanın Avropa çempionatında xanımlar arasında ən yüksək nəticəni qazandığını və reytinqini 70 əmsal artırdığını söyləyib.

Sonda şahmatçıların fikirləri dinlənilib, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Xəbər 243 dəfə oxundu.