Azərbaycanda VAR sistemi sınaqdan keçirilib
Futbol üzrə Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib.

“ASK Arena”da keçirilmiş Azərbaycan U-17 – “Şamaxı” U-19 qarşılaşmasının baş hakimi Fərid Hacıyev olub. Videoköməkçi hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetiriblər.

Qeyd edək ki, FIFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.

Xəbər 226 dəfə oxundu.