Azərbaycan komandası Portuqaliyada təşkil olunan Karate1 Premyer Liqa turnirini 2 medalla başa vurub
Azərbaycan komandası Portuqaliyada təşkil olunan Karate1 Premyer Liqa turnirini 2 medalla başa vurub.

Təmsilçimiz Fərid Ağayev (75 kq) və İrina Zaraetska (68 kq) finalda mübarizə aparıblar. Hər iki idmançımız rəqiblərinə uduzaraq gümüş medal qazanıblar. Tural Ağalarzadə (67 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medal görüşündə mükafatsız qalıblar. Beynəlxalq hakimimiz Cahangir Babayev final görüşlərini idarə edən referilər arasında olub.

Qeyd edək ki, turnir ərəfəsində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosla görüşərək sentyabrda Bakıda təşkil ediləcək Karate1 Premyer Liqa turnirinin 4-cü mərhələsinə hazırlıq işlərini müzakirə edib. Y.Bəşirov, həmçinin idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Portuqaliyada mövsümün ikinci Karate1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edib. Qarşıda karateçilərimizi may ayında Mərakeşin paytaxtı Rabatda keçiriləcək nüfuzlu turnirin növbəti mərhələsi gözləyir.


Xəbər 239 dəfə oxundu.