«Siti»də beşi bir yerdə
«Mançester Siti» transfer bazarının son günündə birdən-birə 5 oyunçunu sıralarına qatıb. İdman.com.az saytının məlumatına görə, cəmi 37 milyon funt sterlinq xərcləyən «şəhərlilər» «İnter»dən Maykonu, «Benfika»dan Xavi Qarsianı, «Suonsi»dən Skott Sinkleyri, «İpsviç»dən ayrılan Riçard Raytı və «Fiorentina»dan Mateya Nastasiçi transfer edib.

Sürətli qanad oyunçusu Skott Sinkleyr üçün «Suonsi»yə 6 milyon funt ödəyən «Siti», braziliyalı Maykonun transferini 3 milyon funt qarşılığında tamamlayıb. «Siti» 19 yaşlı serb müdafiçi Mateya Nastasiç üçün «Fiorentina»ya 12 milyon funtun üstündə Stevan Sovuçu verərək, gənc oyunçunu komandasına qazandırıb.

Təcrübəli qapıçı Riçard Raytı ödənişsiz olaraq sıralarına qatan Mançester təmsilçisi, transferin bağlanmasına son saatlar qalmış 16 milyon funta «Benfika»dan Xavi Qarsianı alıb.
Nigel de Yonqu «Milan»a, Roke Santa Kruzu isə «Malaqa»ya verən «Mançester Siti», bununla da qaynar keçən transferin son gününü tamamlayıb.

Xəbər 939 dəfə oxundu.