Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev Bakıda ustad dərsləri keçib
Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev Bakıda master-klass keçib. "Renzo Gracie" Akademiyasında baş tutan tədbirə maraq böyük olub.

İyirmi doqquz yaşlı idmançı müxtəlif yaş qruplarından olan həmkarları ilə məşq edib, onlara bu idman növünün incəlikləri barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Rafael Fiziyev 1993-cü il martın 5-də Qazaxıstanda anadan olub. “Ataman” ləqəbi ilə tanınan UFC döyüşçüsü hazırda "Tiger Muay Tai & MMA" idman klubunda çıxış edir. O, döyüş sahəsində ilk debütünü 2015-ci il iyulun 8-də Sem Bastinə qarşı keçirib və qələbə qazanıb.

R.Fiziyevin aktivində ümumilikdə 8 qələbə var. Mark Diakiese, Aleks Vayt, Nurcan Tutkayev, Nandin Erdene, Seung Yeon Kim, Suray Bahadur, Gündüz Nəbiyev və Sem Bastinə qalib gələn Rafael Fiziyev yalnız Məhəmməd Mustafayevə məğlub olub.

O, peşəkar karyerasında ilk debütünü 2015-ci il iyulun 18-də Sem Bastinə qarşı keçirib və qalib gəlib.

2019-cu il aprelin 20-də UFC-da ilk debütünü keçirən Rafael Fiziyev Məhəmməd Mustafayevə məğlub olub. Amma, o 2019-cu il oktyabrın 26-da Aleks Vayta qarşı UFC qarşılaşmasında qələbə ilə diqqət mərkəzinə düşüb.

Rafael Fiziyev 2020-ci il avqustun 5-də sosial mediada UFC ilə yeni dörd illik müqavilə imzaladığını elan edib.

Xəbər 254 dəfə oxundu.