“Səbail” klubu albaniyalı müdafiəçi ilə yollarını ayırıb
Bakının “Səbail” klubu albaniyalı müdafiəçi Yurqen Qoxa ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Futbolçuya azad agent statusu verilib.

Qeyd edək ki, müdafiəçi 2021/2022-ci il mövsümündə Bakı təmsilçisinin heyətində 20 oyunda meydana çıxıb, 2 qola imza atıb.

Xəbər 220 dəfə oxundu.