Sumqayıtda “Coca-Cola məktəbli kuboku” yarışına yekun vurulub
AFFA tərəfindən təşkil olunan “Coca-Cola məktəbli kuboku” yarışının Sumqayıt şəhəri üzrə final oyunu keçirilib.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, final qarşılaşmasında 24 nömrəli tam orta məktəbinin komandası ilə 28 nömrəli tam orta məktəbin kollektivi qarşılaşıb.

Rəqibini 10:3 hesabı ilə məğlub edən 28 nömrəli tam orta məktəbin komandası zonanın qalibi olub.

Xəbər 2191 dəfə oxundu.