Qrosmeyster Şəhriyar Məmmədyarovun doğum gününə həsr olunmuş şahmat yarışı keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə qrosmeyster Şəhriyar Məmmədyarovun doğum gününə həsr olunmuş şahmat turniri keçirilib.

"Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində təşkil olunan yarışda 283 nömrəli məktəbin komandası birinci olub. 244 nömrəli məktəbin komandası yarışı ikinci, 30 nömrəli məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova iştirak ediblər.

Xəbər 241 dəfə oxundu.