Xüsusi olimpiyaçı qızlar arasında florbol üzrə hazırlıq və yoxlama yarışları keçiriləcək
Aprelin 15-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə qızlar arasında florbol üzrə hazırlıq və yoxlama yarışları keçiriləcək.

Şağan Olimpiya İdman Kompleksinin açıq hava meydançasında təşkil ediləcək yarışa 12 komanda qatılacaq.

Yarışlar xüsusi internat, tam və inklüziv orta məktəblərdən və sosial müəssisə şagirdlərindən, məzunlarından, eyni zamanda, ailələrdən olan qızlar arasında “UNIFIED Sports” (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun keçiriləcək.

Yarışda 100-ə yaxın atlet iştirak edəcək.

Xəbər 229 dəfə oxundu.