Qadınların xizəklə tramplindən 200 metr məsafəyə tullanma yarışlarında iştirakına icazə verilib
Beynəlxalq Xizəksürmə İdmanı Federasiyası (FIS) qadınların xizəklə tramplindən 200 metr məsafəyə tullanma yarışlarında iştirakına icazə verib.

Bu barədə “ABC Nyheter” nəşri məlumat verib.

Məlumatda bildirilib ki, idmançıların bu idman növü üzrə debütü gələn mövsüm Norveçdə keçiriləcək beynəlxalq “Raw Air” turnirində baş tutacaq.

Xizək sürmə üzrə dünya çempionatı iki ildən bir keçirilir.

Xəbər 246 dəfə oxundu.