Avropa birinciliyinin ilk günündə üç boksçumuz rinqə çıxacaq
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında boks üzrə Avropa birinciliyi start götürür.

Yarışın birinci günündə üç boksçumuz mübarizə aparacaq. Belə ki, on altıdabir finalda Kamil Babayev (54 kq) Davit Çaparidze (Gürcüstan), Səid Abdullayev (67 kq) italiyalı Samuel Quqliotta, Daniel Xolostenko (71 kq) Andrey Osiyevsçi (Moldova) ilə qarşılaşacaqlar.

Avropa birinciliyində 39 ölkədən 400-dən artıq boksçu qüvvəsini sınayacaq.

Azərbaycan millisi oğlanların yarışında tam heyətlə qatılacaq. Yarışın qaliblərinin adlarına isə aprelin 21-də aydınlıq gələcək.

Xəbər 491 dəfə oxundu.