AFFA-nın nümayəndəsi “Lion” – PSJ oyununa təyinat alıb
AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.

Qadın futbolçular arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Lion” (Fransa) – PSJ (Fransa) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq.

Görüş aprelin 24-də təşkil olunacaq.

Xəbər 236 dəfə oxundu.