“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək gimnastların sayı dəqiqləşib
“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək gimnastların sayı dəqiqləşib.

Fransa paytaxtında ümumilikdə 318 idmançı medallar uğrunda mübarizə aparacaq.

Onlardan 192-si idman, 94-ü bədii, 32-si batut gimnastikasında qüvvəsini sınayacaq. 96 kişi və 96 qadın idman gimnastikasında, 16 kişi və 16 qadın batutda yarışacaq. Bədii gimnastikada 24 idmançı fərdi yarışlara, hərəsində 5 idmançı olan 14 komanda qrup mübarizəsinə qatılacaq.

İdman gimnastikası yarışları iyulun 27-dən avqustun 5-dək, batut gimnastları avqustun 2-də, bədii gimnastlar avqustun 5-8-də çıxış edəcək.

Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarında ümumilikdə 324 gimnast mübarizə aparıb. Azərbaycan yarışda 8 idmançı ilə təmsil olunub.


Xəbər 246 dəfə oxundu.