Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII turun oyunlarının vaxtı açıqlanıb
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII turun oyunlarının vaxtı açıqlanıb.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, turun görüşləri aprelin 15-də keçiriləcək.

“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq turda ilk görüş MOİK və “Murov” komandaları arasında gerçəkləşəcək. Oyun saat 15:00-da başlayacaq.

Bu matçdan iki saat sonra isə “Ekspress” “Sərhədçi” ilə üz-üzə gələcək.


Xəbər 271 dəfə oxundu.