Vaqif Cavadov Qazaxıstan klubundan ayrılıb
Qazaxıstanın “Turan” klubunda çalışan azərbaycanlı məşqçi Vaqif Cavadov komandadan ayrılıb.

Bu haqda Türküstan təmsilçisi məlumat yayıb.

O, uğursuz nəticələrə görə bir neçə gün öncə istefaya göndərilən baş məşqçi Vladimir Qazzayevin gedişindən sonra klubda qalmaq istəməyib.

Qeyd edək ki, V.Cavadov V.Qazzayevin məşqçilər korpusunda yer alırdı.

Azərbaycan millisinin qapıçısı Emil Balayev də hazırda “Turan” klubunda çıxış edir.

Xəbər 239 dəfə oxundu.