Sofiyada keçiriləcək boks üzrə gənclər arasında Avropa birinciliyində boksçularımızın rəqibləri məlum olub
Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək gənclər arasında boks üzrə Avropa birinciliyinin püşkü atılıb.

Bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub. Belə ki, on altıdabir finaldan mübarizəyə qoşulacaq Kamil Babayev (54 kq) Davit Çaparidze (Gürcüstan), Səid Abdullayev (67 kq) Samuel Quqliotta (İtaliya), Daniel Xolostenko (71 kq) Andrey Osiyevsçi (Moldova), Zaur Qəhrəmanov (63,5 kq) Antoni Makdonnel (İrlandiya), Aslan Quliyev (60 kq) ukraynalı Aleksandr Yarovyı, Arif Bayramov (57 kq) İrlandiya təmsilçisi Artur Donoque ilə qarşılaşacaq.

Səkkizdəbir finaldan yarışa qoşulacaq Kənan Babayev (48 kq) Telet Yağlı (Türkiyə), Ənvər Babayev (75 kq) isveçli Morris Harstedt, Səbuhi Əlizadə (+92 kq) Kaan Tükenmez (Türkiyə), Sərxan Budaqov (80 kq) ukraynalı Vladislav Dudar, Məmməd Quliyev (92 kq) Elvin Mayue-Belezika (İsveç), Amin Məmmədzadə (51 kq) Patrik Makkenna (İrlandiya) ilə ilk görüşlərini keçirəcəklər. Boksçumuz Fətəli İsmayılov (86 kq) Oğuzxan Türk (Türkiyə) ilə dörddəbir finalda mübarizə aparacaq.

Komandamızın heyətində birinciliyin ilk günündə rinqə 3 boksçumuz – Kamil Babayev, Səid Abdullayev və Daniel Xolostenko çıxacaq.

Avropa birinciliyində 39 ölkədən 400-dən artıq boksçu qüvvəsini sınayacaq. Azərbaycan millisi oğlanların yarışında tam heyətlə mübarizə aparacaq. Yarışın qaliblərinin adlarına isə aprelin 21-də aydınlıq gələcək.

Xəbər 274 dəfə oxundu.