Bu gün UEFA Avropa Liqasında dörddəbir final mərhələsinə start verilir
Bu gün UEFA Avropa Liqasında dörddəbir final mərhələsinə start verilir.

Görüşlərdən biri Bakı vaxtı ilə saat 20:45-də, digər üç qarşılaşma isə 23:00-da başlayacaq.

Gecənin ilk matçı İtaliyanın “Atalanta” və Almaniyanın “Leyptsiq” komandaları arasında olacaq. İlk qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

İspaniyanın “Barselona” klubu Almaniyanın “Ayntraxt” komandasını qəbul edəcək. Frankfurtdakı görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

İngiltərənin “Vest Hem Yunayted” klubu Fransada “Lion”un qonağı olacaq. Bu komandaların da ilk dueli bərabərliklə başa çatıb – 1:1. Portuqaliyanın “Braqa” klubu isə Şotlandiyada “Qlazqo Reyncers”lə üz-üzə gələcək. Qonaqlar evdəki matçda minimal hesablı qələbə qazanıblar.

Mərhələnin bütün görüşləri aşağıdakılardır:

20:45. “Atalanta” (İtaliya) – “Leyptsiq" (Almaniya) - ilk oyun - 1:1;

23:00. “Barselona” (İspaniya) – “Ayntraxt” (Almaniya) - 1:1;

23:00. “Lion” (Fransa) – “Vest Hem Yunayted” (İngiltərə) - 1:1;

23:00. “Qlazqo Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya) - 0:1.

Xəbər 226 dəfə oxundu.