"Superbet Chess Classic": Şəhriyar Məmmədyarovun rəqibləri müəyyənləşib | |
Qrosmeysterimiz Şəhriyar Məmmədyarovun Rumıniyanın paytaxtı Buxarestdə mayın 4-dən 14-dək keçiriləcək "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" turnirindəki bütün rəqibləri müəyyənləşib. Yarışda şahmatçımızla yanaşı, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), ABŞ təmsilçiləri Levon Aronyan, Fabiano Karuana, Uesli So, Leyner Dominges, Yan Nepomnyaşi (FIDE), macarıstanlı Riçard Rapport və Boqdan Daneel-Dyak (Rumıniya) mübarizə aparacaqlar. Dairəvi sistem üzrə təşkil olunacaq turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir. Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş "Superbet Chess Classic" turnirinin qalibi adına layiq görülüb. |
|
Xəbər 222 dəfə oxundu. |
|
|