“Sumqayıt” – “Neftçi” oyununun vaxtı dəyişdirilib
Premyer Liqanın VI turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Neftçi” oyununun vaxtı dəyişdirilib. Buna səbəb paytaxt klubunun Avropa Liqasının qrup mərhələsində iştirakıdı.
Bu səbəbdən qarşılaşma 25 sentyabrdan 24 sentyabr tarixinə keçirilib. Komandalar arasında ikinci dövrədə, XIII turda baş tutmalı olan “Neftçi” – “Sumqayıt” qarşılaşmasının keçirilmə vaxtı da eyni səbəbdən 17 noyabr tarixinə təyin olunub.

Xəbər 853 dəfə oxundu.