Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların stadionları müəyyənləşib
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin keçirəcəyi oyunların stadionları müəyyənləşib.

Millimiz iyunun 3-də, Parnu şəhərindəki “Parnu Rannastaadion”da Estoniya, iyunun 7-də isə Helsinkidə, “Helsinki Football Stadium”da Finlandiya yığması ilə qarşılaşacaq.

Estoniya ilə oyun saat 20:00-da, Finlandiya yığması ilə qarşılaşma isə 17:00-da başlayacaq.

Xəbər 235 dəfə oxundu.