Bu gün gənc boksçular arasında Avropa birinciliyi start götürür
Bu gün - aprelin 13-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi start götürür.

Qitə birinciliyinə oğlanların mübarizəsində Azərbaycan millisi tam heyətlə qatılacaq.

Yarışda komandamızın üzvlərindən Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Arif Bayramov (57 kq), Aslan Quliyev (60 kq), Zaur Qəhrəmanov (63,5 kq), Səid Abdullayev (67 kq), Daniel Xolostenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Fətəli İsmayılov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadəyə (+92 kq) iştirak edəcəklər.

Avropa birinciliyi aprelin 22-dək davam edəcək.

Xəbər 256 dəfə oxundu.