Oğlanlar arasında florbol üzrə yoxlama yarışları keçiriləcək
Aprelin 13-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar arasında florbol üzrə hazırlıq və yoxlama yarışları keçiriləcək.

Şağan Olimpiya İdman Kompleksinin açıq hava meydançasında təşkil ediləcək turnirə 12 komanda qatılacaq. Yarışlar xüsusi internat, tam və inklüziv orta məktəblərdən və sosial müəssisə şagirdlərindən, məzunlarından, eyni zamanda ailələrdən olan oğlanlar arasında “UNIFIED Sports” (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun keçiriləcək. Turnirdə 100-ə yaxın atlet iştirak edəcək.

Xəbər 223 dəfə oxundu.