Parataekvondoçularımız Avropa çempionatına hazırlıq məqsədilə Özbəkistana yollanıblar
Parataekvondo üzrə komandamız Bakıda startı verilən təlim-məşqlərinin ikinci mərhələsini Özbəkistan və Qazaxıstan milliləri ilə birgə Daşkənd şəhərində keçirəcəklər.

Avropa çempionatına hazırlıq xarakteri daşıyan beynəlxalq təlim-məşqlərdə komandamızın beş idmançısı iştirak edəcək.

Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərov heyətə Sabir Zeynalov, Sadiq Həmidov, İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Röyalə Fətəliyevanı cəlb edib. Hazırlıq aprelin 21-dək davam edəcək.

Qeyd edək ki, Avropa çempionatı mayın 19-22-də Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək.

Xəbər 363 dəfə oxundu.