Qadınlardan ibarət milli komandamızın üzvləri Macarıstanda təlim-məşq toplantısına qatılıblar
Avropa Cüdo Birliyinin təşkiltaçılığı ilə Macarıstanın Tata şəhərində cüdo üzrə Olimpiya təlim-məşq toplanışına start verilib.

Yüksək səviyyədə təşkil olunan hazırlıqda Azərbaycanın qadınlardan ibarət yığma komandasının üzvləri də iştirak edirlər. İdmançılar müntəzəm məşqlər nəticəsində taktiki və texniki bacarıqlarını mənimsəməklə, hazırlıq səviyyələrini təkmilləşdirəcəklər.

Xəbər 246 dəfə oxundu.