Azərbaycan millisi Şimali İrlandiya yığmasına məğlub olub
On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün sonuncu oyununu keçirib.

Millimiz Şimali İrlandiyada təşkil olunmuş qrup mərhələsinin sonuncu oyununda meydan sahibi komanda ilə üz-üzə gəlib və 0:1 hesabı ilə məğlub olub.

Xatırladaq ki, millimiz daha öncəki oyunlarda Farer adalarına 2:0 hesabı ilə qalib gəlib. Malta ilə matçda isə 1:2 hesabı ilə uduzub.

Xəbər 228 dəfə oxundu.