Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş peşəkar boks gecəsi təşkil olunub
Bakıda Azərbaycan Peşəkar Boks Federasiyası Komissiyasının dəstəyi və “Karapapak Fight Club and Promotion”un təşkilatçılığı ilə Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş peşəkar boks gecəsi keçirilib.

Qonaqlar arasında Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Polad Həşimovun qardaşı, şəhid ailələrinin övladları və qazilərimiz yer alıblar.

Gecədə müxtəlif çəki dərəcələri üzrə 10 döyüş baş tutub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Kənan Hüseynəliyev (53,5 kq), Rauf Ağayev, Nihat Abdullayev (hər ikisi 57 kq), Şamil Əsgərov (59 kq), Seymur İsayev (63,5 kq), İsmət Eynullayev (79,4 kq), Malik Məmmədzadə, Elnur Məmmədov, Taryel Cəfərov (hər üçü 91 kq) və Kazım Umudov (ağır çəki) qələbə qazanıblar.

Qeyd edək ki, bu, 2022-ci ildə komissiyanın dəstəyi ilə keçirilən sayca 4-cü peşəkar boks gecəsidir.

Xəbər 507 dəfə oxundu.