Əfran İsmayılov “Turan Tovuz”a keçə bilər
Növbəti mövsüm Premyer Liqada oynamağa hazırlaşan “Turan Tovuz” futbol klubu artıq heyətin formalaşması yönündə işlərə başlayıb. Bölgə təmsilçisi, xüsusən də, təcrübəli oyunçulara maraq göstərir.

Elvin Məmmədov və Vurğun Hüseynovdan sonra rəhbərliyin heyətə cəlb etmək istədiyi digər futbolçu Əfran İsmayılovdur. Hazırda “Səbail”də çıxış edən 34 yaşlı yarımmüdafiəçi əslində mövsümün sonunda futboldan getməyi düşünür. Lakin “Turan Tovuz”a maliyyə ayıracaq AFFA rəhbərliyi ondan daha bir il karyerasını davam etdirməyi istəyib.

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan Ə.İsmayılov 2009-cu ildə 6 ay icarə əsasında “Turan Tovuz”da çıxış edib.

Xəbər 224 dəfə oxundu.