Azərbaycan millisinin dünya kuboku yarışları üçün heyəti açıqlanıb
Aprelin 15-dən 17-dək Özbəkistanın paytaxtı Daşkənddə bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda iştirak etmək məqsədilə bədii gimnastika üzrə Azərbaycan millisinin ikinci heyəti Daşkəndə yola düşüb.

Dünya kuboku yarışlarında ölkəmizi fərdi proqramda Alina Gözəlova, İlona Zeynalova, qrup hərəkətləri proqramında isə Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva və Nərgiz Ramazanova təmsil edəcəklər.

Xəbər 226 dəfə oxundu.